Azərbaycan yığması özbəklərlə bacarmadı

15.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla üz-üzə gəlib.

“Green Hall” Olimpiya Kompleksində təşkil olunan matç rəqibin 28:26 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью