futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində bu gün mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, komanda EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşa seçməsi ilə üz-üzə gələcək.
Gürcüstanın Rustavi şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv oktyabrın 24-də Latviya ilə münasibətlərə aydınlıq gətirəcək.