Azərbaycan yığması Portuqaliya ilə bir qrupda

14.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью