Azərbaycan yığması “qol yağışı”na düşdü

26.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda B Liqasının 5-ci qrupunun birinci matçında İsveçrə ilə qarşılaşıb.

Matç rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 8:0.

Azərbaycan yığması noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.

Matçlar Kiprdə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью