Azərbaycan yığması “qol yağışı”na tutuldu

07.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiya komandasının 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburq seçməsinə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью