Azərbaycan yığması son səfər matçında məğlub oldu

13.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər matçına çıxıb.

Fanat.Az xəbər verir ki, komandamız “Helsinqborq Arena”da İsveç seçməsi ilə üz-üzə gəlib.

Zədə səbəbindən bir neçə əsas oyunçusunun xudmətindən məhrum olan millimiz oyuna yaxşı başlasa da, 3:4 hesabı ilə uduzub.

Yığmamızın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.

5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.

Millimiz qrupda son oyununu aprelin 15-də, Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью