Azərbaycan yığması sonuncu oyunu da uduzdu

02.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 5:1.

Yığmanın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Milli qrupu xalsız başa vurub. Yığma bundan öncə İsrailə 1:5, Fransaya isə 0:8 hesabıyla uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью