Azərbaycan yığması yenə uduzdu

16.11.2024

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanın U-19 yığma komandası AVRO-2025-in seçmə mərhələsində 7-ci qrupda ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv İrlandiya ilə qarşılaşıb. Matç irlandların qələbəsi ilə başa çatıb.

Azərbaycan (U-19) – İrlandiya (U-19) - 0:4 

İlk görüşdə yığmamız İslandiyaya 0:2 uduzub. Növbəti matçda isə Azərbaycan yığması Moldova ilə qarşılaşacaq. Görüş noyabrın 19-da keçiriləcək.

Bütün qarşılaşmalar Moldovanın Kişinyov şəhərində keçirilir.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью