Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Hər iki görüş millinin qələbəsiylə başa çatıb – 3:1, 3:1.
Yığmanın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.