Azərbaycan yığmasında ayrılıq

04.09.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

Sportal.az xəbər verir ki, 2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarımıza rəhbərlik edib.

O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımızın başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью