Azərbaycan yığmasında oynamış müdafiəçi Asiya klubunda

25.01.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.

Sportal.az saytına verilən məlumata görə, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq üzvü Dmitri Nağıyev Qırğızıstana yollanıb.

O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.

Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.

Qeyd edək ki, iki gün öncə "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay" klubuna keçmişdi.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью