futbolpress-az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirin
Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabıyla məğlub olub.
Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2.
Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabıyla üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.
Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib.
Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb.
Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.