Azərbaycan yığmasından iki qələbə

09.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, komanda ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb. Hər iki matç yığmamızın qələbəsiylə başa çatıb – 3:2, 3:0.

Azərbaycan yığması Avropa çempionatında C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью