Azərbaycan yığmasından qələbə

17.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ikinci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью