Azərbaycan yığmasının İrlandiya sınağı

16.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək. Sport24.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovda yerləşən "Zimbru-2" stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

16 noyabr

14:00 İrlandiya (U-19) – Azərbaycan (U-19)

Zimbru-2 stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью