Azərbaycan yığmasının rəqibləri bilindi

07.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Püşk zamanı birinci səbətdə yer alan millimiz 4-cü qrupda Monteneqro və Litvaya rəqib olub.

Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью