Azərbaycan Yüksək Liqasında 2 matç keçiriləcək

25.02.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda bu gün iki matç keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, saat 14:00-da MOİK "Xilasedici ilə üz-üzə gələcək.

"Xilasedici" komandası hazırda 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. MOİK isə 5 xalla beşincidir.

"Murov Az Terminal” - “Neftçi” matçı saat 18:00-da start götürəcək. "Murov Az Terminal" 27 xalla liderdir. "Neftçi" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью