Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start VERİLDİ

06.12.2024

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib.

Redaktor.az xəbər verir ki, "Azərreyl" "Murov Az Terminal"ı 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16) hesabı ilə məğlub edib.

Digər görüşdə “Abşeron” UNEC-dən üstün olub - 3:0 (25:10, 25:12, 25:9). Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, II turun son oyunu sabah Gəncə İdman Sarayında “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью