Azərbaycan Yüksək Liqasında II tura start veriləcək

06.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün II tura start veriləcək.

"Report" xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Azərreyl" "Murov Az Terminal"la üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Saat 17:00-da isə "Abşeron" - UNEC matçına start veriləcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, "Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı dekabrın 7-də keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью