Azərbaycan Yüksək Liqasında II tura start veriləcək

06.12.2024

Icma.az bildirir, Cbcsport saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün II tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma təşkil ediləcək.

Əvvəlcə "Azərreyl" "Murov Az Terminal"la üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Saat 17:00-da isə "Abşeron" - UNEC matçına start veriləcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, "Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı dekabrın 7-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью