Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub

05.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oyunlar 6-7 dekabrda keçiriləcək.

Dekabrın 6-da, saat 15:00-da "Azərreyl" - "Murov Az Terminal", 17:00-da "Abşeron" - UNEC görüşləri təşkil olunacaq.

Dekabrın 7-də, saat 15:00-da isə "Gəncə" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью