Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub

05.12.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oyunlar 6-7 dekabrda keçiriləcək.

Dekabrın 6-da, saat 15:00-da "Azərreyl" - "Murov Az Terminal", 17:00-da "Abşeron" - UNEC görüşləri təşkil olunacaq.

Dekabrın 7-də, saat 15:00-da isə "Gəncə" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью