Azərbaycan Yüksək Liqasında IX tura Azərreyl in oyunu ilə start verilir

05.02.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Azərreyl" MOİK-lə üz-üzə gələcək. Matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 16:00-da start götürəcək. "Azərreyl" hazırda 16 xalla 3-cü, MOİK 2 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” görüşləri fevralın 6-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью