Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 880,5 min dollar olan 83 milyon 880 min ədəd yumurta ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 3 ölkəyə - Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İraqa olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 8,2 sent (13,9 qəpik) olub.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə yumurta ixracı 2 dəfəyə yaxın artıb.
Belə ki, 2023-cü ildə Azərbaycan xaricə 3 milyon 395 min dollar dəyərində 48 milyon 544,6 min ədəd yumurta ixrac edib.
Bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 17% az – 7 sent (11,9 qəpik) olub.
Onu da bildirək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətə ixrac edilib: Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə); Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə); İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).Elnur Əli Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.