Azpost saytına istinadən Icma.az xəbər verir. Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun buraxılması barədə qərar elan olundu.
Bununla da son 30 ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı yaradılmış Minsk Qrupu tarixə qovuşdu.
Bu qərarla bərabər Qarabağ məsələsi beynəlxalq gündəlikdən də çıxdı.
Minsk Qrupu sülh danışıqları prosesində bir neçə dəfə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağla bağlı “ictimai diplomatiya” təklifini irəli sürmüşdü.
Burada hədəf hiptetik olaraq sülh sazişinin imzalanması prosesinə yardım kimi Qarabağ erməniləri ilə azərbaycanlılar arasında təmasların yaradılması götürülürdü.
Bunun üçün Azərbaycanın və Ermənistanın ictimai-mədəniyyət xadimlərinin keçmiş Dağlıq Qarabağa səfərləri təşkil edilmişdi.
Belə səfərlərdən biri 2007-ci ildə baş tutub. “Xalq diplomatiyası” çərçivəsində o zaman Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüoğlu, b
AzPost bildirir ki, araşdırmaçı telejurnalist Füzuli Sabiroğlu şəxsi arxivindən həmin səfərin video görüntülərini paylaşıb.