Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 2026-cı ilin ilk 10 ayında 9,7 faiz artaraq 16,5 milyard manata çatıb.
“Yeni Sabah” xəbər verir ki, yanvar-oktyabr aylarında əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib.
Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 28,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,3 faiz artıb. Elektronika məhsulları
İstifadə olunan investisiyanın 9 milyard 137 milyon manatı və ya 55,3 faizi məhsul istehsalı sahələrinə, 5 milyard manatı və ya 30,3 faizi xidmət sahələrinə, 2 milyard 382,8 milyon manatı və ya 14,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 568,6 milyon manatını, yəni 76,1 faizini daxili investisiyalar təşkil edib.