Azərbaycana 3 750 kiloqram “oktopod” gətirilib Kilosu 16 manata

07.01.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən təxminən 3 750 kiloqram dondurulmuş səkkizayaqlı ilbizlər (“Octopus spp.”) idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən səkkizayaqlı ilbizlərin bir kiloqramının orta gömrük dəyəri 9,6 dollar (16,3 manat) təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 7 ölkədən səkkizayaqlı ilbizlər idxal edib:
Birləşmiş Ərəb Əmirlikləri – təxminən 20 kq (bir kiloqramının orta gömrük dəyəri 50 dollar);
Çin – təxminən 570 kq (8,4 dollar);
Hindistan – təxminən 1 720 kq (7,5 dollar);
Vyetnam – təxminən 410 kq (11,8 dollar);
Belçika – təxminən 280 kq (12,6 dollar);
İspaniya – təxminən 730 kq (11,3 dollar);
Niderland – təxminən 10 kq (82 dollar).
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью