Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

02.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, noyabrın 27-də saat 17:30-da DSX Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli "metadon M-40" və 30 ədəd "Tamol-X 225 mg-Tramadol" həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью