Azərbaycana 85 milyon dollarlıq kakao idxal edilib

21.08.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 85 milyon 64 min dollar dəyərində kakao və kakao məhsulları idxal edib. 

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Kakao idxalı 2024-cü ilin 7 ayı ilə müqayisədə 12 milyon 899 min dollar və ya 17,9% artıb. 

Hesabat dövründə kakao idxalının ölkənin ümumi idxalında payı 0,62% təşkil edib. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 72 milyon 165 min dollar dəyərində kakao idxal edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью