Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yanvar-noyabr aylarında ölkəyə gətirilən 5 min 690 baş inək üçün ümumilikdə 24 milyon 544 min dollar xərclənib. Rəsmi statistikaya əsasən, idxal edilən hər bir baş cins heyvanın orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) təşkil edib. On ölkədən həyata keçirilən bu alış-verişdə ən yüksək qiymət göstəricisi Latviya (8 860 manat) və Uruqvaydan (8 658 manat) gətirilən heyvanlarda, ən aşağı qiymət isə Slovakiya və Macarıstan idxalında qeydə alınıb.
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev Demokrat.az-a bildirib ki, ölkə hazırda əhalinin ətə olan tələbatını tam ödəyə bilmir.
"Bunun obyektiv səbəbləri var. Xüsusilə mal ətinə olan tələbatın qarşılanması üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə xarici ölkələrdən daha məhsuldar və gəlirli mal-qara cinsləri ölkəyə gətirilir. Əsas məqsəd həmin heyvanların ölkə daxilində çoxaldılması, məhsuldarlığın artırılması və daxili ət bazarına əlavə təklifin yaradılmasıdır. Bu yanaşma uzun illərdir tətbiq olunur və hazırda da davam etdirilir".
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ölkəyə gətirilən heyvanlar lizinq yolu ilə fermerlərə verilir:
"Fermerlərə dəstək göstərilir ki, heyvanların sayı artsın və cins tərkibi yaxşılaşsın.
Xüsusilə işğaldan azad edilmiş rayonlarda bu istiqamətdə fəaliyyət daha da aktuallaşıb. Həmin ərazilər aqrar potensiala malikdir və heyvandarlıq üçün əlverişli şərait mövcuddur. Orada sahibkarlıq fəaliyyəti qurmaq istəyən fermerlərə aktiv dəstək göstərilir. Bu baxımdan məhsuldar mal-qara cinslərinin ölkəyə gətirilməsi hazırkı mərhələdə zəruri hesab olunur".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev Demokrat.az-a bildirib ki, ölkə hazırda əhalinin ətə olan tələbatını tam ödəyə bilmir.