Azərbaycana alma ixracından daxil olan valyuta artır

21.08.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında 38 milyon 275 min dollar dəyərində 54 min 387 ton alma ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin alma ixracı illik müqayisədə dəyər baxımından 14 milyon 708 min dollar və ya 62,4%, həcm ifadəsində isə 18 min 962 ton və ya 53,5% artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin alma ixracının dəyəri 23,6 milyon dollar, həcmi isə 35,4 min ton olub.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью