Azərbaycana başsağlığı verdilər YENİLƏNİR

26.02.2025

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Demokrat.az xəbər verir ki, səfirin “X” hesabında edilən paylaşımda deyilir: 
“Xocalı faciəsindən 33 il ötur. Bütün azərbaycanlılarla birgə bu faciənin qurbanlarını yad edirəm. Allah rəhmət eləsin!”

***
Türkiyənin Xarici İşlər Nazirliyi də “X” hesabında paylaşım edərək Xocalı qurbanlarını yad edib:
“33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı bacı-qardaşlarımızın əziz xatirəsini rəhmət və hörmətlə anır, Can Azərbaycanın kədərini qəlbimizdə daşıyırıq”.
***
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə paylaşımında ölkəsinin Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad etdiyini, eləcə də Pakistanın Azərbaycanla həmrəy olduğunu diqqətə çatdırıb. 
***
ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara: “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью