Azərbaycana da gəlib çatdı Necə qorunaq? | Icma.az
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.
Hurriyyet.az xəbər verir ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.
Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.
Lakin virusun dünyada yayıldığını nəzərə alsaq, statistik rəqəmlərin yüksəlmə ehtimalı qaçılmazdır. Bəs meymunçiçəyi xəstəliyi nədir?
Hansı əlamətlərlə özünü biruzə verir? Ondan necə qorunmaq olar?
Məlumat üçün bildirək ki, meymunçiçəyi xəstəliyi nadir, lakin yoluxucu virus infeksiyasıdır.
Tam oxu
Xəbəri oxu