Azərbaycana dair 907 ci düzəlişlə bağlı bildiriş Konqresə göndərildi

15.08.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

Moderator.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib və ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью