Azərbaycana ən çox bu ölkədən gətirilən məhsullar BAHALAŞIB RƏSMİ

15.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycana idxal edilən məhsulların qiymətləri 2024-cü illə müqayisədə orta hesabla 26,6 % çox olub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
 

Sənədə əsasən, ölkədəki qiymət artımında əsas ticarət tərəfdaşlarındakı inflyasiya meylləri də rol oynayıb. Ötən il bu tərəfdaşlar arasında ən yüksək inflyasiya Türkiyədə müşahidə olunub - 34,1 %. Rusiyada bu göstərici 8,7 %, Çində isə 0,1 % olub.


Qurumun qənaətinə görə, idxal inflyasiyası ilə yanaşı daxili tələbin artması və bəzi tənzimlənən xidmətlərin tariflərinin yüksəldilməsi ötən il ölkədə inflyasiyanın əsas hərəkətverici amilləri olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью