Azərbaycana ən çox pul bu ölkədən gəldi

16.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin I rübündə Azərbaycana xaricdən 296,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 103,9 milyon ABŞ dolları pul köçürülüb.

Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,4 % çox və 7,75 % azdır.

Hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (110,8 milyon ABŞ dolları), Türkiyə (49,9 milyon ABŞ dolları), İrlandiya (24,6 milyon ABŞ dolları), ABŞ (23,9 milyon ABŞ dolları) və Böyük Britaniyadan (10,55 milyon ABŞ dolları) daxil olub.

Rüb ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (28,25 milyon ABŞ dolları), ABŞ (16,2 milyon ABŞ dolları), Rusiya (10,2 milyon ABŞ dolları), Böyük Britaniya (6 milyon ABŞ dolları) və Gürcüstan (5,6 milyon ABŞ dolları) qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью