Azərbaycana ən çox turist bu ölkələrdən gəlib

02.07.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 658 056 nəfər turist (illik müqayisədə 11% az) gəlib. 2025-ci ilin eyni dövründə ölkəyə gələn turist sayı 735 884 nəfər idi.

Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, təkcə aprel ayında gələnlərin sayı isə 24% azalaraq 174 029 nəfərə enib.

Yanvar-aprel aylarında Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:

Rusiya – 175.3 min

Türkiyə – 147.3 min

İran – 57.1 min

Gürcüstan – 34.9 min

Qazaxıstan – 29.7 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью