Azərbaycana ən çox turist gələn ölkələr TOP 3

13.03.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci ildə Azərbaycana Rusiyadan gələn turistlərin sayı azalıb.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, il ərzində Hindistandan Azərbaycana gələn turistlərin sayı 31 faiz, Rusiyadan gələn turistlərin sayı 16 faiz, İrandan gələn turistlərin sayı isə 1 faiz azalıb.
Həmçinin bildirilib ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Qazaxıstandan gələn turistlərin sayında isə artım müşahidə olunub.
Ümumilikdə isə 2025-ci ildə Azərbaycana gələn turistlərin 23,9 faizi Rusiya, 17, 7 faizi Türkiyə, 8,1 faizi isə İran vətəndaşlarıdır. 
Sözügedən il ərzində ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayanların sayı 2 570 200 nəfər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью