Azərbaycana ət idxalı 15% artıb Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb

17.06.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 47 milyon 232,3 min dollar dəyərində ət idxal edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 41 milyon 132,7 min dollar idi. Ət idxalının dəyəri 6 milyon 99,6 min dollar və ya 14,8% artıb.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Miqdar ifadəsində idxal 19 min 935,9 tondan 20 min 108,6 tona yüksəlib. Bu, 172,7 ton və ya 0,9% artım deməkdir.

Ət idxalında dəyər artımı miqdar artımından xeyli yüksəkdir. Bu, idxal olunan ətin orta qiymətinin yüksəldiyini göstərir. Yəni ölkəyə gətirilən ətin həcmi demək olar ki, sabit qalsa da, ödənilən məbləğ ciddi artıb.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью