Azərbaycana gizli yolla külli miqdarda brilyant gətirmək istəyiblər

03.07.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbayca gələn vətəndaşdan külli miqdarda brilyant qaş aşkar edilib.
Reyting.az
xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsindən bildiriblər.
Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью