Sfera.az saytına istinadən Icma.az xəbər verir. Bu il Azərbaycana idxal edilən avtomobillərin sayı azalsa da, idxala çəkilən xərc artıb.
Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ötən ilin 10 ayında 81 206 ədəd avtomobil idxal edildiyi halda, bu ilin 10 ayında 74 723 ədəd avtomobil idxal olunub.
Bu müddətdə idxal edilən avtomobillərin sayı 6 483 ədəd azalıb. Avtomobillərin idxal sayı azalsa da, avtomobil idxalına çələn xərc artıb.
Bir il əvvəl idxala 1 milyard 374 milyon dollar xərclənmişdirsə, bu ilin 10 ayında 1 milyard 484 milyon dollar xərclənib.
2023-cü ilin 10 ayında orta hesabla bir avtomobilin idxalına 16 920 dollar pul xərclənmişdisə, bu il 19 865 dollar xərclənib.
Bu il idxal edilən bir avtomobilə çəkilən xərc 2 945 dollar artıb.
Xərclərin artmasına səbəb idxalda istehsal ili yeni olan hibrid və elekrik avtomobillərin sayının artmasıdır.
Rəqəmlərdən görünür ki, bu il elektrik, hibrid və “plug-in” hibrid avtomobillərin idxal sayında ciddi dəyişiklik var.