Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?

20.07.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, idxalın ümumi dəyəri 2 milyon 871 min 970 ABŞ dolları (2 871,97 min ABŞ dolları) təşkil edib.

Statistikaya görə, təzə və ya soyudulmuş badımcan əsasən İran və Türkiyədən gətirilib.

İrandan 5 min 719,08 ton badımcan 2 milyon 859 min 550 ABŞ dolları dəyərində idxal olunub. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramının orta idxal qiyməti 0,50 ABŞ dolları və ya 0,85 manat olub.

Türkiyədən isə 24,84 ton badımcan 12 min 420 ABŞ dolları dəyərində idxal edilib. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramının orta idxal qiyməti də 0,50 ABŞ dolları və ya 0,85 manat təşkil edib.

Beləliklə, həm idxalın həcminə, həm də dəyərinə görə əsas pay İranın üzərinə düşüb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью