Azərbaycana idxal olunan TOYUQ ƏTİNDƏ təhlükə var? | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) istehlakçıları Rusiyadan idxal olunan toyuq ətində təhlükə ilə bağlı xəbərdarlıq edib.
Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən Oxu.Az-a verilən məlumata görə, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur: "Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil.
Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir".
"Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 833,2 ton ev toyuğu əti idxal olunub.
Rusiyadan gətirilən toyuq əti, əsasən, ana toyuqların ətidir. Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər.
Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib: "Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib.
Tam oxu
Xəbəri oxu