Azərbaycana ilk medalı güləşçi Ömər Salmanov qazandı

28.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir.
Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью