Azərbaycana İspaniyadan 221 manata tabut gətirilib

14.09.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu ilin iyul ayında Azərbaycana İspaniyadan 1 ədəd ağac materialından tabut gətirilib.
Yeniavaz.com
xəbər verir ki, ölkəyə gətirilən tabutun gömrük dəyəri 130 dollar (221 manat) olub.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl bəzi xəbər saytlarında ötən ilin ilk 10 ayında Azərbaycana Çindən 8 000 ədəd “ağac məmulatlarından tabutlar” idxal edildiyi barədə xəbər yayılıb. Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Daha sonra Gömrük Komitəsi məlumat yayaraq bildirib ki, Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib.
Rəsmi statistikadakı yanlışlar medianı çətin, insanları isə çaşqın vəziyyətə salır
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью