Azərbaycana ixrac edilən böyük təhlükə... Deputat

28.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev baş verən prosesləri açıq formada ümumiləşdirdi. Doğrudan da bu gün silahla müharibəyə ehtiyac yoxdur. Artıq beyinlərin, düşüncələrin müharibəsi gedir.

Bu sözləri Axar.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycana ixrac edilən radikal ideologiya ilə ölkəmizə müdaxilə cəhdləri edilir:

“Hesab edirəm ki, bu, çox təhlükəlidir. Ölkə rəhbəri bu ideoloji mübarizə formalarına hazır olmağımızın vacibliyini önə çəkdi. Xalq olaraq bir olmaq, həmrəy olmaq, bu proseslərə öz mövqeyimizi bildirmək, düzgün addımlar atmaq və səylər göstərmək vacibdir.

Bu baxımdan, məsələ xüsusi önəm daşıyır və bu gün diqqətdə saxlanılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью