Azərbaycana kənardan gətirilən qoyunların sayı artdı VİDEO

15.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin ilk iki ayı ərzində xaricdən Azərbaycana 4 915 baş diri qoyun gətirilib. Qoyunlar Dağıstan , Rusiya və Gürcüstandan idxal edilib. Bir sözlə ölkəyə idxal 29 dəfə artıb.

Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli “Xəzər Xəbər”ə açıqlamasında örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalmasının heyvandarlığa mənfi təsir göstərdiyini deyib.

İqtisadçı qeyd edib ki, yerli malqaranın azalmasının əsas səbəblərindən biri də təbii otlaq sahələrinin  azalması, şoranlaşma və əkinçiliklə bağlıdır.

Ət kəsimi məntəqələrində də  bildirildi ki, idxal artıb. Amma bazara daha çox yerli xırdabuynuzlu heyvanlar çıxarılır. Xaricdən idxal olunan məhsul isə daha çox restoranlar və müxtəlif iaşə obyektləri üçün əlverişlidir.

Satıcılar hazırda bazarda 1 kiloqram qoyunun ətinin qiymətinin 20-21  manat arasında dəyişdiyi deyir. Onlar bunu  yem qiymətlərinin artması ilə də əlaqələndirirlər. İsti aylarda ətə olan tələbatın azaldığına da diqqət çəkir və bunun qiymətə təsir edəcəyini, yəni yay aylarında ətin qiymətində ucuzlaşma olacağının gözlənildiyini də vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью