Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Futbol üzrə Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Litva yığması Yankauskasın rəhbərliyi altında son olaraq Bakıda Azərbaycan millisinə uduzub.
Litva D Liqasının 2-ci qrupunda 4 xalla ikincidir. Azərbaycan isə 5 xalla liderdir.