Azərbaycana məxsus sürət qatarı Tbilisidə GÖRÜNDÜ Nə baş verir?

09.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, bu məlumatın yayılmasına səbəb "Azərbaycan Dəmir Yolları"na aid sürət qatarının Tbilisidə görünməsi olub.

İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tbilisiyə göndərilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью