Azərbaycana narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanıldı

11.03.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizi vasitəsi ilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb. 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью